28 
Apr
2024
01:18
20
30
1439
yuxarı
Debütantla bacarmayan PSJ sensasiyaya imkan vermədi - VİDEO
28 Apr, 2024
01:18
1439
20
30
Debütantla bacarmayan PSJ sensasiyaya imkan vermədi - VİDEO
Fransa çempionatının 31-ci turunun matçında PSJ gözlənilmədən öz stadionunda “Havr”la 3:3 hesabı ilə heç-heçə edib.
Qonaqlar Kristofer Operinin dəqiq zərbəsi sayəsində önə keçsələr də, bir neçə dəqiqə sonra Luis Enrikenin yetirmələri Bredli Barkolun səyi ilə hesabı bərabərləşdiriblər.
Birinci hissə bitməmiş “Havr” yenidən önə keçib, Andre Ayyu fərqlənib. Fasilədən sonra Abdulaye Ture penaltini qola çevirərək fərqi artırıb.
Lakin parislilərin heyətində əvvəlcə Əşrəf Hakimi qola imza atıb. Əlavə vaxtda isə Qonsalo Ramos meydan sahiblərinə heç-heçəni gətirib.
Hazırda PSJ turnir cədvəlinə liderlik edir, “Havr” isə 15-ci yerdədir. Əgər Paris klubu bu oyunda qələbə qazansaydı, vaxtından əvvəl çempionluğunu elan edə bilərdi.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər İdman xəbərləri
12 
May
2024
21:32
İngiltərə Premyer Liqası: “Arsenal” yenidən liderliyi ələ keçirdi - VİDEO
83
18
1177
12 
May
2024
13:34
Azərbaycan şahmatçısı Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalibi olub
270
11
955